Fransa millisinin sabiq futbolçusu PSJ-ni tənqid edib

Fransa millisinin sabiq futbolçusu PSJ-ni tənqid edib "Mançester Siti"nin və Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nəsri Çempionlar Liqasının yarımfinalında Almaniyanın "Borussiya" klubunu keçə bilməyən PSJ-ni tənqid edib.
Futbol
8 May , 2024 15:07
Fransa millisinin sabiq futbolçusu PSJ-ni tənqid edib

"Mançester Siti"nin və Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nəsri Çempionlar Liqasının yarımfinalında Almaniyanın "Borussiya" klubunu keçə bilməyən PSJ-ni tənqid edib.

"Report" "Canal+"ə istinadən xəbər verir ki, millinin sabiq üzvü Fransa klubunu növbəti mərhələyə adlaya bilmədiyi üçün tənqid edib.

"PSJ yaxşı deyildi. Cavab matçında da lazım olduğu kimi oynamadılar. Kifayət qədər aqressiv olmadılar, sadəcə, cərimə meydançası ətrafında vızıldadılar. Heç bir dəyişiklik müşahidə olunmadı. "Borussiya"ya gəlincə, onların ciddi ad olduğunu düşünürük, amma orta səviyyəli komandadır. PSJ-də hər kəs bu komanda ilə üzləşəcəklərini biləndə ​xoşbəxt idi", - deyə S.Nəsri bildirib.

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda PSJ-yə 1:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi