Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2005-ci il təvəllüdlü Məmmədov Murad dünyasını dəyişib. Qəza nəticəsində 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nürəddin oğlu və 2003-cü il təvəllüdlü Hüseynov Sənan Cavanşir oğlu xəsarət alıb və onlar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.