Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıb

Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıb Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıb.
Hadisə
8 May , 2024 13:11
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıb

Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Bakı şəhəri, Binəqədi rayonunun Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində və Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində, həmçinin Naxçıvan şəhər 20-ci məhəllə ərazisində bir sıra fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri həmin ərazilərə cəlb olunub. Yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi