Göygöldə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində, 2001-ci il təvəllüdlü V.Nəcəfov, 1992-ci il təvəllüdlü K.Vəliyev və 1997-ci il təvəllüdlü R.Məmmədov xəsarət alıb.
Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.