Qobustanda avtomobil aşıb, xəsarət alan var

Qobustanda avtomobil aşıb, xəsarət alan var Qobustanda avtomobil aşıb, xəsarət alan var
Hadisə
8 May , 2024 05:26
Qobustanda avtomobil aşıb, xəsarət alan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə 1982-ci il təvəllüdlü Kərimova Elnarə İsfəndiyar qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi