Ucarda şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsinə görə cinayət işi başlanıb

Ucarda şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsinə görə cinayət işi başlanıb Şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Hadisə
7 May , 2024 17:36
Ucarda şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsinə görə cinayət işi başlanıb

Ucarda şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

"Report" xəbər verir ki, bu barədə Ucar rayon prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi