Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
Hadisə
7 May , 2024 22:42
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun Zərdabın Şəftəhal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Benz" markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini, 33 yaşlı Paşayev Xəyal Zərdab istiqamətində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Daha sonra avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı avtomobilin sürücüsü Xəyal Paşayev ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji anatomiya Birliyinin Zərdab rayon şöbəsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi