Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub

Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib.
Mədəniyyət siyasəti
8 May , 2024 21:29
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub

Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti və Azərbaycanın xalq artisti Nəzakət Teymurovanın ifası ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildirib ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayəti ilə Azərbaycanın xalq artisti Nəzakət Teymurovanın səsləndirdiyi musiqilər iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi