Hicran Hüseynova: Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz

Hicran Hüseynova: Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz.
Media
3 May , 2024 11:31
Hicran Hüseynova: Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz

Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

O bildirib ki, “informasiya cəmiyyəti” termininin müasir sivilizasiyanın izahı üçün istifadə olunması təsadüfi deyil: “Hazırda media sosial təcrübənin əsas ötürücüsüdür. Ona görə də sosiallaşma məsələsində medianın rolu çox mühümdür”.

Komitə sədri əlavə edib ki, uşaqların hüquqları ilə bağlı qanunlar müntəzəm olaraq təkmilləşir. Amma hələ də həllini gözləyən məsələlər var.

Son xəbərlər

Orphus sistemi