İctimai TV-yə yeni direktor müavini təyin edilib

İctimai TV-yə yeni direktor müavini təyin edilib İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
Media
27 Aprel , 2024 10:52
İctimai TV-yə yeni direktor müavini təyin edilib

Günel Osmanova İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini təyin edilib.

Bu barədə "Report"a İTV-dən məlumat verilib.

Bildirilib ki, şirkətin Baş direktoru Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında bununla bağlı təklif irəli sürüb və məqsədəuyğun sayılıb.

Qeyd edək ki, G.Osmanova bu təyinatadək şirkətin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi