Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək

Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək Ermənistan Ombudsmanı Anahit Manasyanın aparatı mayın 9-da İrəvanda keçiriləcək mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək.
Region
8 May , 2024 20:31
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək

Ermənistan Ombudsmanı Anahit Manasyanın aparatı mayın 9-da İrəvanda keçiriləcək mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin mətbuat xidməti məlumat yayıb.

Mayın 9-da İrəvandakı Respublika meydanında “Vətən Uğrunda” hərəkatının mitinqi planlaşdırılır.

Manasyan vurğulayıb ki, ölkədə baş verən hadisələr yalnız demokratik yolla, insan hüquqlarına qeyd-şərtsiz hörmət şəraitində, demokratik dəyərlər və qanunun aliliyinin tələbləri nəzərə alınmaqla inkişaf etməlidir.

“Həmçinin mitinqin təşkilatçıları və iştirakçılarının onun dinc şəraitdə keçirilməsini təmin etmələri, təmkinli olmaları və qanunla müəyyən edilmiş tələblərə əməl etmələri son dərəcə vacibdir”, - o qeyd edib.

Ombudsman polis əməkdaşlarının qeyri-mütənasib güc tətbiqinin heç bir halda qəbuledilən olmadığını vurğulayıb. Onun sözlərinə görə, güc tətbiqi yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda, proporsionallıq meyarlarına riayət olunmaqla mümkündür.

Son xəbərlər

Orphus sistemi