Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3 Gürcüstan parlamentinin binası yaxınlığında polis və xüsusi təyinatlılar səfərbər edilib.
Region
30 Aprel , 2024 23:35
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3

Tbilisidə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mitinq iştirakçıları arasında qarşıdurma davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, hər iki tərəfdən xəsarət alanların olduğu deyilir.

Zərərçəkənlər arasında media nümayəndələri də var. Onlara təcili tibbi yardım briqadaları tərəfindən yerində yardım göstərilir.

Hazırda xeyli sayda etirazçı ərazidən uzaqlaşdırılıb.

Polis aksiya iştirakçılarını həbs etməyə başlayıb.

22:47

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, mitinq iştirakçılarına hökumətin inzibati binasına yaxınlaşmağa imkan verilməyib.

Buna baxmayaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar.

DİN bir daha siyasi liderləri, aksiya təşkilatçılarını və iştirakçılarını mitinq və nümayişlər üçün qanunla müəyyən edilmiş normaları aşmamağa çağırıB.

21:51

Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentin arxa girişindən uzaqlaşdırmağa başlayıb.

"Report"un yerli Gürcüstan bürosu xəbər verir ki, etirazçılara qarşı bibər qazından istifadə edilib.

Polis “xarici agentlər” haqqında qanuna etiraz edənləri binanın giriş-çıxışlarını kəsməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmağa çağırır, əks halda qanunu pozan şəxslər saxlanılacaq.

21:45

Gürcüstan parlamentinin binası yaxınlığına polis və xüsusi təyinatlılar cəlb edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, deputatların və parlament aparatının təhlükəsiz hərəkəti və hadisələrin süni şəkildə genişlənməsinin qarşısını almaq məqsədilə edilib.

Polis “xarici agentlər” haqqında qanuna etiraz edənləri binanın giriş-çıxışlarını kəsməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmağa çağırır, əks halda qanunu pozan şəxslər saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi