Vəkil: Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal etdikdən sonra bu ərazilərə iddia edib

Vəkil: Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal etdikdən sonra bu ərazilərə iddia edib Başqa bir dövlətin ərazisinin beşdə birini zəbt etmiş Ermənistan kütləvi qətllər, etik təmizləmələr törədib, milyonlarla insanı doğma evindən didərgin salıb, daha sonra isə heç bir əsas olmadan bu ərazilərə iddia edib.
Xarici siyasət
26 Aprel , 2024 13:17
Vəkil: Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal etdikdən sonra bu ərazilərə iddia edib

Başqa bir dövlətin ərazisinin beşdə birini zəbt etmiş Ermənistan kütləvi qətllər, etnik təmizləmələr törədib, milyonlarla insanı doğma evindən didərgin salıb, daha sonra isə heç bir əsas olmadan bu ərazilərə iddia edib.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın hüquq müdafiə heyətinin üzvü, hüquqşünas Stefan Talmon “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“Başqa bir dövlətin ərazisinin beşdə birini işğal altında saxlamış, 23 minə yaxın vətəndaşını qətlə yetirən, 3900-ə yaxın insanın itkin düşdüyü vəziyyət yaradaraq, bütöv bir regionu etnik təmizləməyə məruz qoymuş, 1 milyon insanı öz yurd-yuvasından didərgin salmış, onları mülkiyyətlərindən məhrum edən, mədəni irsini məhv edən, təbii sərvətləri talayan bir dövlət ona qarşı heç bir iddianın qaldırılmayacağını necə düşünə bilər? Bu, qeyri-mümkündür, amma Ermənistanın son bir neçə gündə etdiyi məhz budur”, - o vurğulayıb.

Hüquq professoru qeyd edib ki, Ermənistan Azərbaycan tərəfinin BMT-yə göndərdiyi məktub və sənədləri guya 1994-cü ildə baş vermiş və başa çatmış etnik təmizləmədən danışdıqlarını bəhanə edərək rədd edib: “Bu o deməkdirmi ki, etnik təmizləmə iddiaları yalnız həqiqətən həyata keçirildiyi zaman irəli sürülə bilər? Birmənalı olaraq yox. Amma hər halda, professor Lounun əvvəllər dediyi kimi, 1994-cü ildə Ermənistanda və Qarabağda etnik təmizləmə kampaniyası heç də bitməmişdi”.

Son xəbərlər

Orphus sistemi