Azərbaycanda daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
Biznes
1 May , 2024 11:28
Azərbaycanda daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

"Report" xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-ə çatıb.

“Startap” şəhadətnamələri "E-Tibb" MMC-nin onlayn həkim qəbulu üçün mobil platforması, "İmajin Technologies" MMC-nin interaktiv alış-veriş platforması, "Finmarket" MMC-nin kredit təşkilatları üçün onlayn kredit platforması, "Troniq" MMC-nin reklam robotunun istehsalı və satışı, "Yoldash" MMC-nin avtomobil sürücülərini və sərnişinləri birləşdirən onlayn platforması, Xəyalə Nuşirəvanovanın onlayn zəka oyunları platforması layihələri üçün təqdim edilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Son xəbərlər

Orphus sistemi