Gəncədə sahibkarlara çıxarışlar təqdim olunub

Gəncədə sahibkarlara çıxarışlar təqdim olunub Gəncədə sahibkarlara çıxarışlar təqdim olunub
Biznes
2 May , 2024 10:28
Gəncədə sahibkarlara çıxarışlar təqdim olunub

Gəncə şəhərində istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Qeyd edilib ki, sözügedən Fərmanın icrası çərçivəsində mayın 2-də Gəncə şəhərində bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Bildirilib ki, həmin Fərmanın icra müddəti ərzində Gəncə şəhərində 64 sahibkara çıxarış verilib və bu kateqoriyadan olan müraciətlərin baxılması işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi