Ömər Kocaman: "Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin böyük iqtisadi potensialı var"

Ömər Kocaman: "Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin böyük iqtisadi potensialı var" Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında ticarət dövriyyəsi son illər artır və bu ölkələrin böyük iqtisadi potensialı var.
Biznes
2 May , 2024 10:50
Ömər Kocaman: Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin böyük iqtisadi potensialı var

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında ticarət dövriyyəsi son illər artır və bu ölkələrin böyük iqtisadi potensialı var.

"Report" xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin köməkçisi Ömər Kocamanın bu gün Bakıda keçirilən Türk Dövlətləri İqtisadi Forumu adlı tədbirdə TDƏŞ-in tədbirə ünvanlandığı video müraciətində deyib.

Onun sözlərinə görə, bu təşkilat ölkələr arasında iqtisadi potensialın gücləndirilməsi üçün önəmli platformadır.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.

Son xəbərlər

Orphus sistemi