Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir

Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirib.
Daxili siyasət
1 May , 2024 16:41
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirib.

"Report"un xəbərinə görə, dövlət başçısı mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edərkən Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyini qeyd edib.

Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini deyib.

İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırıb. COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi