Çin ABŞ ilə nüvə silahının yayılmaması üzrə danışıqları bərpa etməyəcək

Çin ABŞ ilə nüvə silahının yayılmaması üzrə danışıqları bərpa etməyəcək Çin ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılmaması üzrə 2023-cü ilin noyabrından sonrakı danışıqları davam etdirməkdən imtina edib.
Digər ölkələr
2 May , 2024 10:24
Çin ABŞ ilə nüvə silahının yayılmaması üzrə danışıqları bərpa etməyəcək

Çin ABŞ ilə silahlara nəzarət və nüvə silahının yayılmaması üzrə 2023-cü ilin noyabrında baş tutan danışıqları davam etdirməkdən imtina edib.

“Report” “Semafor”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmisi bildirib.

“Təəssüf ki, Çin növbəti görüşlərdən imtina etdi və Pekinin bununla bağlı bizə təqdim olunan cavabı əhatəli deyil”, - mənbə qeyd edib.

Onun sözlərinə görə, Ağ Ev nüvə və kosmik sahədə münaqişə və ya eskalasiyanın əhəmiyyətli riskləri ilə mübarizə aparmaq üçün real addımlar atmağı təklif edib.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Vaşinqton və Pekin arasında müzakirə mövzuları sırasına qarşılıqlı əlaqələrin yaxşılaşdırılması, ballistik raketlərin sınaqları haqqında xəbərdarlıq sistemi və kosmosda gərginliyin azaldılmasına istiqamətlənmiş səylər daxildir.

Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyuy isə öz növbəsində bildirib ki, ABŞ “meqafon diplomatiyasından əl çəkməlidir”.

Məlumata əsasən, ABŞ və Çin 2023-cü ilin noyabrında Vaşinqtonda bu məsələlərə cavabdeh olan departamentlər səviyyəsində silahlara nəzarət və nüvə silahının yayılmaması ilə bağlı məsləhətləşmələr keçirib.

Son xəbərlər

Orphus sistemi