ISSF rəsmisi: Ümid edirəm ki, Bakıdakı yarış məkanı hər bir iştirakçının xoşuna gələcək

ISSF rəsmisi: Ümid edirəm ki, Bakıdakı yarış məkanı hər bir iştirakçının xoşuna gələcək Ümid edirəm ki, Bakıdakı yarış məkanı hər bir iştirakçının xoşuna gələcək.
Fərdi
1 May , 2024 12:14
ISSF rəsmisi: Ümid edirəm ki, Bakıdakı yarış məkanı hər bir iştirakçının xoşuna gələcək

Ümid edirəm ki, Bakıdakı yarış məkanı hər bir iştirakçının xoşuna gələcək.

“Report”un məlumatına görə, bu sözləri Bakıda keçiriləcək Dünya Kubokundan əvvəl təşkil olunan mətbuat konfransında Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) Tüfəng Komitəsinin sədri Devid Qudfelou deyib.

O, ötən illərlə müqayisədə qaydalarda bəzi dəyişikliklərin ola biləcəyini söyləyib: "Təbii ki, illər keçdikcə qaydalarda müəyyən qədər dəyişikliklər olur. Lakin əsas məqsədimiz sabitliyi tənzimləməkdi. Yarışın gedişində hər şeyi özünüz görəcəksiniz. Dünya Kubokunun şəffaf keçirilməsinə çalışacağıq".

Qeyd edək ki, Dünya Kuboku mayın 2-dən 11-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi