Naxçıvan şahmatçıları Malatyada uğur qazanıblar
Fərdi
- 02 sentyabr, 2025
- 16:45
Naxçıvan şahmatçıları Türkiyənin Malatya şəhərində keçirilən "Altın Kayısı" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, 8-ci dəfə təşkil olunan ənənəvi yarışda 11 ölkədən 486 şahmatçı mübarizə aparıb.
Turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə nail olub.
Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk "onluğ"a düşüblər. B qrupunda isə veteran şahmatçı Bahəddin Hətəmov 3-cü yeri tutub.
Qeyd edək ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir. Bu yarışda 20 idmançı ilə təmsil olunuruq.
Son xəbərlər
11:43
Foto
İlham Əliyev Davosda "Dell Technologies" şirkətinin rəsmisi ilə görüşüb
Xarici siyasət11:42
Ötən il 7 telekanala xəbərdarlıq edilib
Media11:41
Azərbaycanda ictimai iaşə dövriyyəsi 12 %-dən çox artıb
Maliyyə11:31
"Range Rover"lə təhlükəli manevr edən sürücü həbs olunub
Hadisə11:28
"İnter" UEFA Çempionlar Liqasında klub tarixinin antirekorduna imza atıb
Futbol11:25
Foto
BP "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt" kitabını təqdim edib
Energetika11:22
İqor Qarafuliç BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib
Xarici siyasət11:22
Kataloniyada qatarların hərəkəti dayandırılıb
Digər ölkələr11:21