"Roma" UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə "Milan"ı məğlub edib.
"Report"un məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.
Qaliblərin qollarını Canluka Mançini və Paulo Dibala vurub, qonaqların heyətində isə Matteo Qabbia fərqlənib.
31-ci dəqiqədən müdafiəçi Zeki Çelik meydandan qovulduqdan sonra romalılar azlıqda oynayıblar.
İki görüşün yekununa əsasən "Roma" (1:0, 2:1) yarımfinala yüksəlib. Komanda bu raundda Almaniyanın "Bayer 04" klubu ilə oynayacaq.