UEFA Avropa Liqasının 2023/2024 mövsümünün yarımfinal cütlükləri bəlli olub.
"Report"un məlumatına görə, bu mərhələdə sonuncu iştirakçı Portuqaliya "Benfika"sını penaltilər seriyasında məğlub edən Fransa "Marsel"i olub.
"Marsel" ilk görüşdə məğlub olduğu (1:2) "Benfika" ilə doğma meydanda qarşılaşıb. Əsas və əlavə vaxta 1:0 üstün olan Liqa 1 təmsilçisi penaltilər seriyasında portuqaliyalılara qalib gələrək, yarımfinala adlayıb - 4:2.
Yarımfinal cütlükləri aşağıdakı kimidir:
"Marsel" (Fransa) - "Atalanta" (İtaliya)
"Roma" (İtaliya) - "Bayer 04" (Almaniya)
Bu mərhələdəki qarşılaşmalar mayın 2-də və 9-da baş tutacaq.