Kriştianu Ronaldu rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub

Kriştianu Ronaldu rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub Kriştianu Ronaldu rəqib futbolçunu dirsəklə vuraraq meydandan qovulub
Futbol
9 Aprel , 2024 09:56
Kriştianu Ronaldu rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kapitanı Kriştianu Ronaldu rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub.

“Report” xəbər verir ki, portuqaliyalı ulduz ölkə kubokunun yarımfinalı çərçivəsində keçirilən “Əl-Nəsr” – “Əl-Hilal” matçının 86-cı dəqiqəsində Renan Lodiyə zərbə endirib.

Ardınca yumruğunu baş hakimə tərəf tutaraq qeyri-idman hərəkəti edib. Nəticədə referi 39 yaşlı oyunçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Əbu-Dabi şəhərində baş tutan görüşdə “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi