Ronaldu "Əl-Nəsr"i Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxarıb

Ronaldu "Əl-Nəsr"i Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxarıb Məşhur portuqaliyalı hücumçu Kristianu Ronaldunun oynadığı "Əl-Nəsr" və "Əl-Xalid" komandaları arasında Səudiyyə Ərəbistanı Çempionlar Kubokunun yarımfinal matçı başa çatıb.
Futbol
2 May , 2024 05:13
Ronaldu Əl-Nəsri Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxarıb

Məşhur portuqaliyalı hücumçu Kriştianu Ronaldunun oynadığı "Əl-Nəsr" ilə "Əl-Xalid" komandaları Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında üz-üzə gəliblər.

“Report” xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Ronaldu dubl edib. Seneqallı hücumçu Sadio Mane isə meydan sahiblərinin üçüncü qolunu vurub.

Beləliklə, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxıb. Turnirin həlledici oyununda Ronaldunun komandası "Əl-Hilal"la qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi