Binəqədidə AKS markalı avtomat tapılıb

Binəqədidə AKS markalı avtomat tapılıb Bakı şəhəri, Binəqədi rayonunda 1 ədəd AKS markalı avtomat aşkarlanıb.
Hadisə
2 May , 2024 09:59
Binəqədidə AKS markalı avtomat tapılıb

Bakı şəhəri, Binəqədi rayonunda 1 ədəd AKS markalı avtomat aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi