Sabirabadda avtomobil aşıb, ölən və yaralanan var

Sabirabadda avtomobil aşıb, ölən və yaralanan var Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Aprel , 2024 08:21
Sabirabadda avtomobil aşıb, ölən və yaralanan var

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Məmmədov Sabir Bayram oğlu hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü İsmayılova Dostu Əliyar qızı isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi