Saməddin Əsədov: “Birgə əməkdaşlıq kosmik sistemin inkişafına mühüm töhfələr verəcək”

Saməddin Əsədov: “Birgə əməkdaşlıq kosmik sistemin inkişafına mühüm töhfələr verəcək” ​​​​​​​Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") kosmik agentliklərlə birgə əməkdaşlıq edərək resursları daha səmərəli bölüşdürərək və xərcləri azaldaraq Mərkəzi Asiyanın kosmik sisteminin inkişafına mühüm töhfələr ve
İKT
25 Aprel , 2024 13:31
Saməddin Əsədov: “Birgə əməkdaşlıq kosmik sistemin inkişafına mühüm töhfələr verəcək”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") kosmik agentliklərlə birgə əməkdaşlıq edərək resursları daha səmərəli bölüşdürərək və xərcləri azaldaraq Mərkəzi Asiyanın kosmik sisteminin inkişafına mühüm töhfələr verə bilər.

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov aprelin 25-də Türkiyə paytaxtı Ankarada Orta Avrasiyanın Kosmos Texnologiyası Beynəlxalq konfransında (STC 2024) bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri arasında fundamental əməkdaşlıq üçün birgə fəaliyyətlərə ehtiyac var: “Azərkosmos” həmişə kosmik sahədə əməkdaşlığı alqışlayıb. Biz regional əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirik. Yaxın tarix, xüsusən də son bir neçə ildəki hadisələri müşahidə etdikdə aydın olur ki, kosmos özəl bizneslə birlikdə daha sürətlə demokratikləşir”.

O qeyd edib ki, kosmik uçuşlar, kosmik turizm, kəşfiyyat missiyaları, təməlqoyma başlanğıcları və əhəmiyyətli texniki nümayişlər müasir kosmos tarixinin əsas hissələridir: “Təbii ki, regionumuzda kosmosdan daha çox fayda əldə etmək üçün biz əməkdaşlıq etməli və qüvvələrimizi səfərbər etməliyik”.

Qeyd edək ki, Türkiyənin ev sahibliyi ilə keçirilən beynəlxalq konfransda Türkiyə, Azərbaycan, Çin, Özbəkistan, Sinqapur, Qazaxıstan və digər Avrasiya ölkələrinin regional kosmik agentliklərinin nümayəndələri öz milli kosmik sektorlarının inkişafı, regional təşəbbüslərin və beynəlxalq tərəfdaşlıqların inkişafı üçün təkliflərini, prioritetlərini və strategiyalarını səsləndirirlər. 3 gün davam edən tədbir aprelin 26-da kosmos sahəsində müxtəlif panellərdə müzakirələrlə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi