Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili xalis mənfəətlə başa vurub

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili xalis mənfəətlə başa vurub Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili 93,7 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
2 May , 2024 09:02
Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili xalis mənfəətlə başa vurub

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili 93,7 min manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, ötən il Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin vergiyəqədərki mənfəəti 117 min manat, mənfəət vergisi ödəmələri isə 23 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin aktivləri 331,986 milyon manat olub. Hesabat dövrünə Xidmətin öhdəlikləri 331,4 milyon manat, balans kapitalı isə 594 min manat təşkil edib.

Xatırladaq ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 26 may 2023-cü il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.

Son xəbərlər

Orphus sistemi