Norveçli səyahətçilər Ağdamda olublar

Norveçli səyahətçilər Ağdamda olublar Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Ağdama səfər ediblər.
Qarabağ
2 May , 2024 17:31
Norveçli səyahətçilər Ağdamda olublar

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Ağdama səfər ediblər.

"Report" xəbər verir ki, qonaqlar işğal illərində Ermənistanın Ağdamda törətdiyi dağıntılara baxıb, aparılan bərpa və tikinti işləri ilə tanış olublar.

Onlar ərazilər işğaldan azad edildikdən sonra bərpa edilmiş Ağdam məscidinə, çörək muzeyinin xarabalıqlarına, Dram Teatrına və Şəhidlər xiyabanına baş çəkiblər.

Norveçli səyahətçilərə şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri nümayiş etdirilib.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.

Son xəbərlər

Orphus sistemi