Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ olub.
Region
18 Aprel , 2024 22:08
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.

Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.

19:29

Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Son xəbərlər

Orphus sistemi