Azərbaycanın aparıcı xəbər saytı | Report.az
Yasamalda xeyriyyə adı altında dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib. N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıdakı "Executive MBA" proqramına 850-dən çox müraciət daxil olub.
"Report" xəbər verir ki, "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılışında bildirib.
Onun sözlərinə görə, hazırda ilk qrupda 40 nəfər iştirak edir: "Onlardan 16-sı "PAŞA Holdinq" və onun şirkətlərindən, 16-sı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onunla əlaqəli bizneslərdən, 8-i isə Azərbaycanın digər biznes ictimaiyyətindəndir. Mənim baxışıma görə, bu tərkib xüsusi imkan yaradır. İştirakçıların əksəriyyəti iki böyük qurumdan, iki böyük təşkilatdan gəlsə də, bu, onların eyni yanaşmalara, təcrübələrə və yaxud problemlərin həlli üsullarına malik olması demək deyil. Digər şirkətlərdən olan həmkarlarınızla birlikdə müxtəlif təşkilatların problemlərə necə yanaşdığını, biznes qərarlarını necə qəbul etdiyini, hansı çətinliklərlə üzləşdiyini, necə uğur qazandığını və bəzən uğursuzluğa düçar olduğunu müqayisə edə biləcəksiniz. Əsas dəyər nəyin yararlı, nəyin yararsız olduğunu və hər bir təşkilatın zamanla standart kimi qəbul etdiyi məsələləri açıq şəkildə müzakirə etməkdən yaranacaq".
"Beləliklə, ilk qrupumuz olaraq üzərinizə böyük məsuliyyət düşür. Çünki siz özünüzdən sonra gələnlər üçün bu proqramın standartlarını və mədəniyyətini müəyyənləşdirəcəksiniz. Hər bir şirkət qurularkən səhmdarlar kapital yatırırlar və bu kapital pul, yaxud digər maddi və ya qeyri-maddi aktivlər şəklində şirkətin ilkin aktivlərini təşkil edir. Şirkət həmin aktivlərdən düzgün istifadə edərsə, böyüyür. Müəyyən mərhələdə isə növbəti addımı atmaq üçün yeni investisiyalara, yeni insanlara, yeni şirkətlərə və ya IPO (səhmlərin açıq satışı) vasitəsilə yeni kapitala ehtiyac yarana bilər. Bəzən şirkətin böyüməsi yeni liderlik səviyyəsini də tələb edir. Lakin bu kapitalın və ya liderliyin rolu təkcə genişlənməni maliyyələşdirməkdən və yaxud dəyişiklik etməkdən ibarət deyil. Əslində, onlar şirkətə fərqli baxış bucağı gətirir, köhnə yanaşmaları sual altına alır və şirkətin təkbaşına əldə edə bilməyəcəyi imkanlar açır. Məncə, insan həyatı da bundan fərqli deyil. Biz dünyaya gələndə valideynlərimiz bizə ilk və ən dəyərli kapitalı verirlər. Əlbəttə ki, söhbət puldan getmir (təəssüf ki, bəzən pul da olur), amma ən əsası onlar bizə illərini, günlərini, dəqiqələrini, yəni həyatlarını verirlər. Bu kapitalın necə bölüşdürülməsi məsuliyyəti isə tədricən bizim üzərimizə düşür. Yaşlandıqca qərarları daha çox özümüz verməyə başlayırıq", - deyə holdinq rəsmisi əlavə edib.
Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.
Bildirilib ki, ƏİK bazasında icra olunan tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəldilmişdir.
Bölmənin ərazisində yaradılan şəraitlə tanış olan rəhbər heyət yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə də hərbi texnikaya baxış keçirib.
Sonra nazirliyin rəhbər heyəti cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq üzrə döyüş hazırlığı prosesini izləyib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub, bölmənin ərazisində xatirə ağacları əkilib.
Milli Məclis bir sıra mövzularda monitorinq, arayış, icmal və təkliflər hazırlayacaq.
"Report" xəbər verir ki, bu barədə məsələ parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.
Komitənin iş planı belədir:
- Regionlarda insan hüquqları, ərazi bərabərliyi və dövlət xidmətlərinə çıxış imkanlarının vəziyyəti haqqında regional monitorinq və analitik arayışın hazırlanması;
- "İctimai yerlərdə audio və video çəkiliş hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması arasında hüquqi balans" mövzusunda müqayisəli hüquqi icmalın hazırlanması;
- İnzibati orqanların və inzibati məhkəmələrin qərarlarının icra vəziyyətinin öyrənilməsi ilə bağlı hüquqi monitorinq və qanunvericilik təkliflərinin hazırlanması;
- Əlilliyi olan şəxslərin dövlət və özəl xidmətlərə çıxışında fiziki və rəqəmsal əlçatanlıq" mövzusunda monitorinq hesabatı və siyasət tövsiyələrinin hazırlanması;
- Veteranların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial və hüquqi təminatlarının beynəlxalq təcrübə ilə müqayisəsi əsasında müqayisəli siyasət sənədinin hazırlanması;
- "Demoqrafik dəyişikliklər və uzunmüddətli sosial qayğı siyasəti" mövzusunda beynəlxalq təcrübə icmalının hazırlanması;
- Azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması: qayıdış, mülkiyyət, xidmətlərə çıxış və inklüziv məskunlaşma" mövzusunda monitorinq və siyasət tövsiyələrinin hazırlanması.
Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.
Belə ki, Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair və Rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institutsional mexanizmlərin gücləndirilməsi sahəsində ictimai dinləmələrin sessiya müddətində keçirilməsi planlaşdırılıb.
"PAŞA Holdinq" MMC Azərbaycanda və fəaliyyət göstərdiyi ölkələrdə güclü liderlər yetişdirmək istəyir.
"Report" xəbər verir ki, holdinqin baş icraçı direktoru Cəlal Qasımov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılışında bildirib.
Onun sözlərinə görə, bu ilin aprel ayında "PAŞA Holdinq", SOCAR və IE Universiteti arasında Anlaşma Memorandumu imzalanıb: "Cəmi bir neçə ay sonra isə biz artıq ilk qrupumuzu salamlayırıq. Düşünürəm ki, proqramın bu qədər operativ şəkildə həyata keçirilməsi bütün tərəflərin yüksək öhdəlik və fədakarlığından xəbər verir. Şəxsən mənim üçün bugünkü günün əhəmiyyəti yeni bir akademik proqramın işə salınmasından daha böyükdür. Biz biznesdə və dövlət siyasətində infrastruktur, texnologiya və kapital haqqında çox danışırıq. Sözsüz ki, bunların hamısı böyük əhəmiyyət kəsb edir, lakin onların heç biri təkbaşına dəyər yarada bilməz. Dəyəri əsaslandırılmış biznes qərarı verən, komandaları arxasınca aparan, həmin qərarları icra edən şirkət və təşkilatlar quran insanlar yaradır. Rəhbər şəxslər üçün təhsilin vacibliyi də məhz bundadır. Bu, xüsusilə Azərbaycanın öz inkişafının növbəti mərhələsinə qədəm qoyduğu bir vaxtda böyük əhəmiyyət daşıyır. Liderlərimizin keyfiyyəti şirkətlərimizin keyfiyyətinə, yekunda ölkəmizin rəqabət qabiliyyətinə təsir göstərəcək".
C.Qasımov qeyd edib ki, "PAŞA Holdinq"də liderliyin inkişafı uzun müddətdir ki, əsas prioritetlərdən biridir: "Biz Azərbaycan və fəaliyyət göstərdiyimiz bütün ölkələrdə güclü liderlər yetişdirmək istəyirik. Təcrübədən də bilirik ki, liderlik yalnız təlimlər vasitəsilə formalaşmır. Liderlik bilik təcrübə ilə birləşdikdə, fərziyyələr sual altına alındıqda və insanlar cavabların aydın olmadığı çətin situasiyalarda düzgün mühakimə yürütməyi öyrəndikdə inkişaf edir. Bu proqram məhz belə bir mühit yaradır. O, IE Universitetinin akademik standartlarını və beynəlxalq baxışını Azərbaycana gətirir, eyni zamanda bunları ölkəmizin reallıqları, yerli biznes ictimaiyyətimizin praktiki təcrübələri və iddiaları ilə əlaqələndirir".
"Bu proqramı "PAŞA Holdinq"in 20 illik yubileyi ilində işə salmağımız mənim üçün xüsusilə əlamətdardır. Biz geri baxaraq qurduğumuz biznesləri, etdiyimiz investisiyaları və inkişafına kömək etdiyimiz insanları görə bilərik. Lakin növbəti 20 ilimiz təşkilat olaraq öyrənməyə nə dərəcədə davam edəcəyimizdən və yetişdirəcəyimiz liderlərin keyfiyyətindən daha çox asılı olacaq. Ümid edirəm ki, "Executive MBA Bakı" nəşri iki tərəf arasında həqiqi bir körpüyə çevriləcək. Bu proqram Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirməklə yanaşı, Azərbaycanın və daha geniş regionun təcrübə və ideyalarının da beynəlxalq dialoqun bir hissəsinə çevrilməsinə imkan yaratmalıdır. Biz özümüzü yalnız qlobal biliyin qəbul edən tərəfi kimi görməməliyik. Artıq vaxtıdır ki, biz də bu bilik və təcrübəyə öz töhfəmizi verək",- deyə holdinq rəsmisi əlavə edib.
ABŞ TRIPP layihəsinin daha da irəlilədilməsinə və Cənubi Qafqaz üçün yeni imkanlar açacağına ümid edir.
"Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubionun Ermənistanın milli bayramı münasibətilə ünvanladığı təbrikdə bildirilib.
"Son bir ildə birlikdə əldə etdiyimiz tarixi tərəqqi ümumi məqsəd – sülh və rifah naminə çalışaraq nələrə nail olmağın mümkünlüyünü nümayiş etdirir. Biz Tramp Marşrutunun (TRIPP) daha da irəlilədilməsinə, iqtisadi qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, ABŞ investisiyalarının təşviqinə, həmçinin Ermənistan və bütün region üçün yeni imkanların açılmasına ümid edirik", – o vurğulayıb.
M.Rubio həmçinin qeyd edib ki, ABŞ yaxın illərdə Ermənistanla tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid edir.
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub.
"Report" xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib.
O, 23-cü dəqiqədə adını tabloya yazdırıb.
Xatırladaq ki, görüş 2:2 hesabı ilə bitib.
Ötən həftə 442 yanğına çıxış olub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 442 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 11 nəfərin meyiti təhvil verilib.
Türkiyədə 5 maqnitudalı zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Adana vilayətinin Saimbeyli rayonunda baş verən yeraltı təkan Adana, Kahramanmaraş, Osmaniye, Kayseri və Qaziantep vilayətlərində də hiss edilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarını konsolidasiyaya getməyə məcbur etmir.
Bu barədə "Report"a qurumdan bildirilib.
"Konsolidasiya ilə bağlı qərarlar, ilk növbədə, bankların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır. AMB-nin rolu isə belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün bu əməliyyat qanunvericiliyə uyğun olaraq yalnız AMB-nin razılığı tələb edilən mərhələyə çatdıqda, məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir və ictimaiyyətə açıqlanması tələb olunan məlumatlar müvafiq qaydada təqdim edilir.
Maliyyə sektoru ilə bağlı təşəbbüslər, AMB-nin təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" ilə müəyyən edilib və Strategiyada bankların məcburi konsolidasiyasına dair hər hansı təşəbbüs nəzərdə tutulmayıb. Bankların öz təşəbbüsü ilə irəli sürülən və bank sektorunun dayanıqlığının gücləndirilməsinə xidmət edən konsolidasiya təşəbbüsləri isə qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilir", - deyə açıqlamada qeyd olunub.
Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.
Azərbaycan Atletika Federasiyasından "Report"a verilən məlumata görə, idmançı yarımmarafonda mübarizə aparıb.
A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.
Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.
"Report"un məlumatına görə, kişilərdən ibarət komanda VI turda Argentina ilə üz-üzə gələcək.
Qadınlar isə Qazaxıstandan olan rəqibləri ilə mübarizə aparacaqlar.
8 xalla 11-ci pillədə qərarlaşan kişilərdən ibarət kollektiv daha öncə Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya və Rumıniya ilə görüşlər heç-heçə bitib - 2:2.
10 xalla 4-cü olan qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç, İngiltərə (hər ikisi 2,5:1,5) və Serbiyanı (3:1) məğlub edib.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.
"Report"un məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.
Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.
İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.
İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.
Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə ittiham olunur.
Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.
Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun 0,11 % azalaraq 1,9507 manat, 100 Rusiya rublunun məzənnəsi 0,19 % artaraq 2,0170 manat təşkil edib.
Valyuta
Məzənnə
1 ABŞ dolları
1,7000
1 Avro
1,9507
100 Rusiya rublu
2,0170
1 Avstraliya dolları
1,2117
1 Belarus rublu
0,5543
1 BƏƏ dirhəmi
0,4628
100 Cənubi Koreya vonu
0,1229
1 Çexiya kronu
0,0801
1 Çin yuanı
0,2539
1 Danimarka kronu
0,2609
1 Gürcü larisi
0,6532
1 Honq Konq dolları
0,2167
1 Hindistan rupisi
0,0177
1 İngilis funt sterlinqi
2,2742
10 000 İran rialı
1 İsveç kronu
0,1728
1 İsveçrə frankı
2,0654
1 İsrail şekeli
0,5608
1 Kanada dolları
1,2138
1 Küveyt dinarı
5,5164
100 Qazaxıstan təngəsi
0,3797
1 Qətər rialı
0,4663
1 Qırğız somu
0,0194
100 Macarıstan forinti
0,5362
1 Moldova leyi
0,0971
1 Norveç kronu
0,1804
100 Özbək somu
0,0144
100 Pakistan rupisi
0,6125
1 Polşa zlotası
0,4471
1 Rumıniya leyi
0,3706
1 Serbiya dinarı
0,0166
1 Sinqapur dolları
1,3325
1 Səudiyyə Ərəbistanı rialı
0,4526
1 SDR (IMF-in xüsusi borcalma hüquqları)
2,3195
Türk lirəsi
0,0348
Türkmənistan manatı
0,4857
Ukrayna Qrivnası
0,0380
Yapon yeni
1,0827
Yeni Zelandiya dolları
0,9730
Qızıl
7404,7410
Gümüş
112,5698
Platin
3059,4900
Palladium
2229,0910
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
"Report" komitəyə istinadən xəbər verir ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" və "kərəviz" yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrinin bəzi ərazilərində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Bakının bir sıra yollarında tıxac yaranıb.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
11. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
12. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
14. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;
15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
16. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
17. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində;
18. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
19. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.
Çinin cənubundakı Quandun əyalətinin Foşan şəhərində tekstil fabrikində baş verən yanğın nəticəsində azı 8 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yanğın sentyabrın 20-si axşam saatlarında Şunde rayonunda baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan "Report"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan 10 otaqlı mansard tipli birmərtəbəli fərdi yaşayış evinin mansardında bir otağın yanar konstruksiyaları 20 kv.m və 1-ci mərtəbədə bir otağın tavanı 16 kv.m sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə edilib, xəsarət alan olmayıb.
ABŞ və Çin ticarət və süni intellekt məsələləri üzrə uğurlu danışıqlar aparıblar.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, tərəflər süni intellekt sahəsində qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını müzakirə ediblər. Bu mexanizmin "ABŞ və Çin arasında süni intellekt dialoqu" adlandırılması planlaşdırılır.
Bessent qeyd edib ki, Vaşinqton iki ölkə arasında süni intellektlə bağlı milli təhlükəsizlik məsələlərinə təsir göstərə biləcək mümkün insidentlər və təhdidlər barədə qarşılıqlı məlumatlandırma sisteminin yaradılmasını təklif edib.
Tərəflər, həmçinin bu sahədə məqsədlər və risklər barədə ortaq anlayış formalaşdırmağı planlaşdırırlar.
Nazir əlavə edib ki, danışıqlar tərəflərin yaratdığı Ticarət Şurası çərçivəsində daha əvvəl Pekində başlanmış işi davam etdirib.
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminən 60 beynəlxalq reys dayandırılıb.
Narita hava limanında isə əsasən beynəlxalq olmaqla 100-dən çox reys ləğv edilib.
Tayfunun episentri Yaponiyanın əsas adası olan Honsyunun Sakit okean sahilinin mərkəzi hissəsinin cənubunda yerləşir. Tayfun saatda təxminən 25 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Proqnozlara görə, bazar ertəsi gününün ikinci yarısında İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacaq.
Sinoptiklər əhalini güclü yağışlar, çayların daşması və torpaq sürüşmələri təhlükəsi barədə xəbərdar edirlər. Sakinlərə küçəyə çıxmamaq tövsiyə olunur. Tokioya bitişik Çiba prefekturasının bəzi ərazilərində artıq təhlükəsiz yerlərə təxliyə ilə bağlı tövsiyələr qüvvəyə minib.
Hələb vilayətinin cənubunda, Əl-Əys yaşayış məntəqəsi yaxınlığında Suriya ordusunun obyektlərindən birinin ərazisində yerləşən silah-sursat anbarında partlayışlar baş verib.
"Report"un məlumatına görə, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
Obyektdə əvvəlcə güclü, ardınca bir sıra digər partlayışlar qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hadisə Suriyanın Müdafiə Nazirliyinə məxsus silah-sursat anbarında olub.
Davam edən partlayışlar xilasetmə və yanğınsöndürmə briqadalarının hadisə yerinə yaxınlaşmasına mane olur. Təhlükənin davam etməsi səbəbindən sakinlərə partlayışların baş verdiyi əraziyə yaxınlaşmamaq çağırışı edilib.
Hadisənin səbəbləri, eləcə də ölən və yaralananların sayı barədə hələlik məlumat daxil olmayıb.
Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDİ) Meklenburq-Ön Pomeraniya əyalətində İkinci dünya müharibəsindən bəri regional seçkilərdə ən aşağı nəticəsini göstərib.
"Report"un məlumatına görə, bu barədə "Bloomberg" ekzit-pol nəticələrinə istinadən xəbər verib.
İlkin məlumatlara əsasən, XDİ təxminən 5,5% səs toplayır. Berlində isə partiya təxminən 20% nəticə ilə ikinci yerdə qərarlaşıb. Burada təxminən 24,5% səs toplayan Sol Partiyası öndədir.
Meklenburq-Ön Pomeraniyada "Almaniya üçün Alternativ" (AfD) cüzi fərqlə Almaniya Sosial-Demokrat Partiyasını (SDP) qabaqlayaraq liderlik edir.
Nəşrin qeyd etdiyi kimi, seçkilərin nəticələri Mertsə təzyiqi artırır. İki həftə əvvəl Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə AfD tarixi yüksək nəticə göstərib, XDİ isə 17,2% səs toplayaraq əvvəlki mandatlarının yarıdan çoxunu itirib.
XDİ-nin uğursuz nəticəsindən sonra Merts BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka planlaşdırılan səfərini ləğv edib və diqqətini partiya daxilindəki vəziyyətə yönəldib.
ABŞ Prezidenti Donald Trampın qapalı görüşlərdə onu açıq şəkildə dəstəkləməyə və siyasətini müdafiə etməyə hazır olan siyasi müttəfiqlərinin çox az olmasından narazılıq etdiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, "pərdə arxasında prezident köməkçilərinə bildirib ki, onun televiziyada müdafiə edən və ikinci prezidentlik müddətinin nailiyyətlərini qoruyan kifayət qədər siyasi müttəfiqi yoxdur".
Nəşrin yazdığına görə, Trampın narazılığı yaxın köməkçilərindən biri olan Natali Harpın ABŞ liderinə "MS NOW" telekanalının efirindən administrasiyasının fəaliyyətinin tənqid edildiyi bir neçə fraqmenti göstərməsindən sonra "pik həddə çatıb".
Bundan bir neçə saat sonra Tramp "CNN", "MS NOW" telekanallarının və "Politico" qəzetinin jurnalistlərinin Ağ Evə giriş icazələrindən məhrum edilməsi barədə göstəriş verib. Bu qərar Ağ Ev əməkdaşları üçün gözlənilməz olub, lakin göstəriş qısa müddət ərzində icra edilib.
Qəzet ABŞ liderinin yaxın çevrəsinin fikrinə istinadən qeyd edir ki, "20 ay keçməsinə baxmayaraq, Tramp istədiyinə nail ola bilmir və bundan narazıdır".
Banqladeşin paytaxtı Dəkkənin kənarında yerləşən Aşuliyada tikiş fabrikinin ərazisində yük maşınındakı qaz balonlarının partlaması və ardınca baş verən yanğın nəticəsində azı 7 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə yerli "Daily Sun" qəzeti xəbər verib.
Hadisə nəticəsində həm fabrik işçiləri, həm də yoldan keçənlər müxtəlif dərəcəli yanıqlar və xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Fabrik nümayəndəsi bildirib ki, partlayış baş verən zaman binanın içərisində heç kim olmayıb.
Fövqəladə xidmətlər həlak olan şəxslərdən birinin kimliyini müəyyənləşdirə bilib. Digər şəxslərin kimliyi isə hələlik müəyyən edilməyib. Hadisənin başvermə şəraiti araşdırılır.
Saloniki Aristotel Universitetinin alimləri aşkar ediblər ki, planetdə kütlənin yenidən bölüşdürülməsinin təsiri altında Yer kürəsinin forması tədricən dəyişir, planetin bərk qabığı qütblərdə daha az yastılaşır, cazibə qüvvəsi forması isə əksinə, daha yastılaşır.
"Report"un məlumatına görə, araşdırma "Journal of Geophysical Research: Solid Earth" (JGR) jurnalında dərc olunub.
Yer ideal kürə formasında deyil. Öz oxu ətrafında fırlanması səbəbindən planet ekvator ətrafında bir qədər genişlənib, qütblərdə isə yastılanıb. Tədqiqatçılar 1997–2015-ci illər ərzində qlobal peyk naviqasiya stansiyaları şəbəkəsinin (GNSS) məlumatlarından istifadə edərək bu formanın zamanla necə dəyişdiyini araşdırıblar.
Məlum olub ki, qütb bölgələrində Yer səthinin qalxma sürəti təxminən iki dəfə artıb. 1990-cı illərin sonunda qütblər ildə təxminən 0,5 mm qalxırdısa, 2015-ci ilə qədər bu göstərici təxminən 1 mm-ə çatıb.
Tədqiqatçılar dəyişikliklərin səbəblərindən biri kimi Qrenlandiya və Antarktidada buzlaqların əriməsini göstərirlər. Böyük buz kütlələri yox olduqda, onların altında yerləşən Yer qabığı yükdən azad olaraq tədricən qalxır. Eyni zamanda ərimiş sular okeanlara axaraq digər bölgələrdə, xüsusilə ekvatora yaxın ərazilərdə səthə düşən təzyiqi artırır və həmin ərazilərin tədricən çökməsinə səbəb olur.
Nəticədə Yerin bərk səthi daha az yastılanmış formaya keçir – sanki planet bir qədər "açılır". Lakin kütlənin yenidən paylanması Yerin qravitasiya sahəsinə fərqli təsir göstərir: suyun qütblərdən aşağı enliklərə doğru hərəkəti planetin qravitasiya formasının daha çox yastılanmasına səbəb olur.
Rusiyada səslərin 52,27%-i emal edildikdən sonra "Vahid Rusiya" partiyası Dövlət Duması seçkilərində səslərin 57,84%-ni toplayıb və təkmandatlı seçki dairələrində 201 yerə ümid edə bilər və beləliklə, parlamentin aşağı palatasında konstitusiya çoxluğunu qoruyub saxlaya bilər.
"Report" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, hazırda "Vahid Rusiya" təxminən 331 mandat əldə etməyə iddialıdır. Konstitusiya çoxluğuna sahib olmaq üçün Dövlət Dumasında 450 mandatın ən azı üçdə ikisinə, yəni 300 yerə sahib olmaq lazımdır.
Federal dairə üzrə ikinci yerdə 13,74% səslə Kommunist Partiyası (KP) qərarlaşıb. Daha sonra 8,73% səslə Liberal Demokrat Partiyası (LDPR), 7,88% səslə "Yeni insanlar" və 5,13% səslə "Ədalətli Rusiya" gəlir.
"Vahid Rusiya"nın namizədləri 225 birmandatlı dairədən 201-də liderlik edir. KP və "Ədalətli Rusiya"nın namizədləri hər biri 4 dairədə, öz namizədliyini irəli sürən müstəqil namizədlər 4 dairədə, LDPR 2 dairədə, "Rodina" isə 1 dairədə ilk pillədədir.
"Vahid Rusiya" və digər partiyaların əldə edəcəyi deputat mandatlarının dəqiq sayı səslərin hesablanması başa çatdıqdan sonra məlum olacaq.
<time data-renew='1789929291'>20 sentyabr, 22:34</time>
Hakim "Vahid Rusiya" partiyası Rusiya Dövlət Dumasına seçkilər çərçivəsində ilk protokolların işlənməsindən sonra partiya siyahısı üzrə səslərin 57,54%-ni toplayır.
"Report"un məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası xəbər yayıb.
Seçki komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, hazırda protokolların 13,88%-i işlənib.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) seçki məntəqələrindən çıxışda keçirdiyi sorğuların nəticələrinə görə, Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya" (VR) liderlik edir – respondentlərin 49,4%-i onun namizədlərinin siyahısına səs verib. Sonrakı yerlərdə Rusiya Federasiyası Kommunist Partiyasının (14,2%), Liberal Demokrat Partiyasının (10,7%), "Yeni İnsanlar" partiyasının (9,7%) və "Ədalətli Rusiya" partiyasının (6,6%) siyahıları qərarlaşıb.
VTSİOM-un exit-poll məlumatlarına görə, digər partiyalar 5%-lik seçki baryerini keçə bilmir.
Üç günlük səsvermənin başa çatmasına beş dəqiqə qalmış, Moskva vaxtı ilə saat 20:55-də (Bakı vaxtı ilə 21:55) seçici fəallığı 56,66% təşkil edib.
Bu göstərici 1993, 2003, 2016 və 2021-ci illərdə keçirilmiş dörd parlament seçkilərindəki seçici fəallığından yüksəkdir. Yekun seçici fəallığı göstəricisi daha sonra açıqlanacaq.
Qətər suveren fondunun – təxminən 580 milyard dollar həcmində aktivlərə malik Qatar Investment Authority (QIA) – ölkə daxilindəki portfelinin idarə edilməsi və inkişafı üçün Doha Investment investisiya platforması yaradacaq.
"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bunu ölkənin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, yeni struktur milli şirkətlərin inkişafına, böyüyən biznesin dəstəklənməsinə, kapital bazarlarının dərinləşdirilməsinə, həmçinin beynəlxalq investisiyaların və ekspertizanın cəlb edilməsinə kömək edəcək.
Qətər qarşıdakı beş il ərzində, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində təxminən 38,5 milyard dollar dəyərində infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. Bundan əlavə, daşınmaz əmlak və hotel biznesinə təxminən 22,5 milyard dollar həcmində özəl investisiya yatırılması gözlənilir.
Doha Investment platformasının yaradılması regionda müharibə başlamazdan əvvəl planlaşdırılıb. Hakimiyyət hesab edir ki, yeni struktur QIA-ya xaricdəki investisiyalarını daha səmərəli idarə etməklə yanaşı, Qətər iqtisadiyyatının inkişafına daha çox diqqət yetirməyə imkan verəcək.