ÜST: Quş qripi virusu təkamül edir

ÜST: Quş qripi virusu təkamül edir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) quş qripi A(H5N1) virusunun yayılması riskini aşağı səviyyədə qiymətləndirib.
Sağlamlıq
1 May , 2024 05:50
ÜST: Quş qripi virusu təkamül edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) quş qripi A(H5N1) virusunun yayılması riskini aşağı səviyyədə qiymətləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Qriplə Mübarizə üzrə Qlobal Proqramının rəhbəri Ventsin Çjan məlumat verib.

O, Cenevrədə keçirdiyi brifinqdə həmçinin bildirib ki, bu virus təkamül edir və buna görə də onunla bağlı risk dəyişir.

“Quş qripi virusunun, eləcə də onunla bağlı riskin təkamüldə olduğunu vurğulamaq vacibdir. Buna görə də baş verənləri diqqətlə izləmək çox vacibdir. Bunun üçün biz virusun yayılmasını və ondakı dəyişiklikləri diqqətlə izləməliyik, eləcə də hazırlıq tədbirlərimizi yeniləməliyik”, - o deyib.

Bu yaxınlarda xəstəliyin ABŞ-da südçülük fermalarında yayılmasına toxunan Çjan qeyd edib ki, mövcud məlumatlara əsasən, ÜST cari ümumi ictimai sağlamlıq riskini aşağı hesab edir. Öz növbəsində, yoluxmuş quşlar və heyvanlarla, eləcə də yoluxmuş ətrafla təmasda olan şəxslər aşağı və orta risk altında ola bilər.

Ekspert ABŞ-dan başqa digər ölkələrdə də südlük mal-qaranın köçəri quşlar vasitəsilə yoluxmasının mümkünlüyünü də istisna etməyib.

Son xəbərlər

Orphus sistemi