Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir

Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir
Xarici siyasət
2 May , 2024 12:02
Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir

Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir.

"Report" xəbər verir ki, bunu VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda keçirilən 9-cu Panel sessiyasında çıxış edən Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev deyib.

Diplomat qeyd edib ki, mədəni irsin qorunması istiqamətində səylər birləşdirilməlidir:

"Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir. Münaqişələr mədəni irsimizə çox böyük təhdid törədir. Amma bizim mədəniyyətimiz davamlıdır və bu davamlılıq bizim birgə səylərimizdən də asılıdır.

Müzakirələrimiz bizim ortaq öhdəliklərimizlə paralel aparılır və dünya irsinin qorunmasına da töhfə verir. Biz nəzərdə saxlamalıyıq ki, kollektiv səylərimiz çox önəmlidir. Biz bir daha öhdəlik götürürük ki, dialoq və əməkdaşlıq körpüsü qurmalıyıq".

Son xəbərlər

Orphus sistemi