Özbəkistan qanunvericilik palatasının vitse-spikeri: Bakıda keçirilən forumda mədəni mirasların qorunması ilə bağlı təkliflər səsləndirilib

Özbəkistan qanunvericilik palatasının vitse-spikeri: Bakıda keçirilən forumda mədəni mirasların qorunması ilə bağlı təkliflər səsləndirilib VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ölkələrin təmsilçiləri mədəni mirasların qorunması ilə bağlı təklif və təcrübələrini bölüşdülər.
Xarici siyasət
2 May , 2024 16:06
Özbəkistan qanunvericilik palatasının vitse-spikeri: Bakıda keçirilən forumda mədəni mirasların qorunması ilə bağlı təkliflər səsləndirilib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ölkələrin təmsilçiləri mədəni mirasların qorunması ilə bağlı təklif və təcrübələrini bölüşüblər.

“Report” xəbər verir ki, bunu Özbəkistan parlamentinin qanunverici palatasının vitse-spikeri Zöhrə İbrahimova jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan tərəfinə, xüsusən də hökumət və parlamentinə belə tədbirin yüksək səviyyədə təşkili üçün təşəkkür edirəm. Mədəni mirasların qorunması hər bir məmləkət üçün vacibdir. Bu forum çərçivəsində də biz bu barədə müzakirələr apardıq, iştirak edən ölkələrin təmsilçiləri bu sahədə təcrübə və təkliflərini bölüşdülər”, - deyə Zöhrə İbrahimova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi