Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib.
Region
25 Mart , 2024 08:35
Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib.

“Report” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, yaralanmış altı nəfərdən üçünün vəziyyəti ağırdır.

Qeyd olunub ki, yerli vaxtla 23:00 radələrində (Bakı vaxtı ilə 00:00) “Toyota” markalı avtomobil “Fiat” markalı nəqliyyat vasitəsilə toqquşub. Məlumata görə, ölənlərin hər ikisi “Fiat”da olub.

Son xəbərlər

Orphus sistemi