Naxçıvanda Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilib - YENİLƏNİB

Naxçıvanda Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilib - YENİLƏNİB Naxçıvanda 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilir.
Sosial müdafiə
27 Aprel , 2024 14:19
Naxçıvanda Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilib - YENİLƏNİB

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan MR-in 100 illik muxtariyyət tarixindən bəhs edib. O, muxtar respublikanın inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi kimi ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb. Nazir iqlim dəyişikliyinin əməyin mühafizəsinə müxtəlif yollarla təsir etməsinin işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunmasını daha da aktuallaşdırdığını, hazırki konfransın da cəmiyyətin, xüsusilə işəgötürənlərin bu mövzuya diqqətinin daha da artırılmasına xidmət etdiyini bildirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəisi Muhammed Fatih Alodalı, İslam Əmək Təşkilatının Əmək Mərkəzinin Katibliyinin Baş direktoru Azər Bayramov, BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev çıxış edərək keçirilən konfransın əhəmiyyətini vurğulayıblar.

Daha sonra BƏT-in Əmək Administrasiyasının Əmək Müfəttişliyi və Əməyin Mühafizəsi bölməsinin rəhbəri Yoakim Pintado Nunesin konfrans iştirakçılarına videomüraciəti olub.

“İqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsində mövcud çağırışlar” və “Naxçıvan MR-də əməyin mühafizəsi sahəsində perspektivlər” mövzularında panel müzakirələr aparılıb.

Konfransdan sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq Naxçıvan şəhərində əlilliyi olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

10:11

Naxçıvanda 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, eləcə də millət vəkilləri və digər rəsmilər iştirak edirlər.

Konfransa, həmçinin Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəisi M.Fatih Bilal Alodalı da qatılıb.

Son xəbərlər

Orphus sistemi